Baykal-Amur magistral xətti partladılıb?..

Baykal-Amur magistral xətti partladılıb?..

...Yəni indi deyirsiniz ki, Ukraynanın orayada əli çatır?

Əvvəla xatırladım ki, gərək ki, 70-ci illərdə bütün Sovetlər İttifaqındakı mətbuatın əsas mövzusu BAM, yəni Baykal-Amur magistralı olub.

O vaxt, gərə ki, lin, yox əsrin tikintisi deyirdilər ona. Həmən ərəfədə 15 müttəfiq respublikanın əksər gəncləri bu tikintiyə cəlb edilirdi.

Amma sonralıqca, deyəsən, yavaş-yavaş unudulub getdi?

Təbii ki, indi mövzumuz bu deyil...

Deməli, SİA-nın əldə etdiyi məlumata görə, bu günlərdə Ukrayna Təhlükəsizlik Xidməti Buryatiyadakı Baykal-Amur magistral xəttində, yəni BAM-da partlayış baş verdiyini bəyan edib

Yəni deyilənlərə görə, Rusiya Federasiyası ilə Çin arasındakı əsas strateji dəmir yolu zədələnib?

Maraqlıdır ki, deyilənlərə münasibət bildirən ukraynalı hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko hadisənin rəsmi təsdiqini gözlədiyini desə də, amma bu logistikanın Rusiya üçün çox vacib olduğunu da etiraf edib.

Axı, bu, Rusiyadakı əsas dəmir yolu xətlərindən biridir.

Təbii ki, onun zədələnməsi və işləməməsi nəinki bütün Rusiya üzrə logistikaya ciddi ziyan vura bilər, eyni zamanda Rusiya iqtisadiyyatı üçün kifayət qədər ciddi zərbə ola bilər.

O da maraqlıdır ki, Kovalenko BAM-da baş verən partlayışın Ukrayna... tərəfindən törədilə bilməsinə də tərəddüd edir

Və əgər bunu, həqiqətən də, Ukrayna xüsusi xidmət orqanlarından biri edibsə, o zaman Rusiyanın arxa cəbhəsinin dərinliklərində olan təşkilat,.. deməli hər şeyi çox peşəkarcasına hazırlayıb.

Yeri gəlmişkən, görən, Çin bu əməliyyata necə reaksiya verə bilər?

Kovalenkoya görə, Ukraynanı işğal edən Rusiya ərazisində baş verənlərlə bağlı Çinin fikri Kiyevi ən az narahat etməlidir.

Bundan əlavə, Çinin növbəti 50 il üçün planlarını həyata keçirmək üçün hər cür şansı var.

Yenə də yeri gəlmişkən, bu plan Baykal gölünün qərb sahilinə qədər təsvir olunmağa və həyata keçirilməyə başlayanda Rusiyadan ciddi müqavimət gözləmək lazım deyil..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə