Polşada 4 şaxtaçı 500 metr dərinlikdə həlak olub

Polşanın Yavorzno şəhərində mədəndə su borusunun qırılması nəticəsində yaranmış fövqəladə vəziyyət şaxtaçıların ölümünə səbəb olub. SİA-nın məlumatına görə, Polşanın “Sobieski” mədənində su ilə dolu boru partlaması zamanı 6 nəfər təxminən yarım kilometr dərinlikdə yerin altında olub.

Mədənçilərin işlədiyi sahəni su basıb. Qəza nəticəsində 4 nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Faciəvi hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə