“Ukraynaya eşq olsun. Rus axmaqlarına ölüm!"

“Ukraynaya eşq olsun. Rus axmaqlarına ölüm!"

Moskvanın 1619 nömrəli məktəbinin informatika müəllimi Sergey Averyanov dərs zamanı lövhədə “Ukraynaya eşq olsun. Rus axmaqlarına ölüm” sözlərini yazıb.

SİA-nın əldə etdiyi məlumata görə, məktəb direktoru Yevgeni Skudnov RBC-yə bildirib ki, müəllim polis bölməsinə aparılıb və işdən kənarlaşdırılıb.

Onun sözlərinə görə, bu barədə Daxili İşlər Nazirliyinə rəhbərlik özü məlumat verib. Elə həmən gün məktəbdə yoxlama başlayıb və bu yoxlamanın nəticələrinə əsasən müvafiq kadr qərarları qəbul ediləcək. Skudnov qeyd edib ki, hadisənin şahidi olan IX sinif şagirdləri ilə profilaktik söhbət aparılıb.

Bundan əlavə, yaxın vaxtlarda bütün məktəbdə tədbirlər keçiriləcək, həmin tədbirlərdə şagirdlərə “ekstremizmin təhlükələri və onun təzahürləri haqqında” məlumat veriləcək”.

Sonradan məlum oldu ki, Moskvanın Xoroşevski Rayon Məhkəməsi 41 yaşlı Averyanovu ordunu “diskreditasiya” ilə bağlı inzibati maddə ilə 40 min rubl cərimələyib. Müəllimin motivləri barədə məlumat verilməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə