Türkiyənin 81 vilayətində ölkə üzrə axtarışda olanların saxlanılması istiqamətində əməliyyat keçirilib. SİA xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya bildirib. Onun sözlərinə görə, “Çəmbər-7” adı altında aparılan əməliyyatların gedişində müxtəlif cinayətlərdə şübhəli hesab edilən 1034 nəfər saxlanılıb. Onların arasında on ildən artıq axtarışda olanlar, eləcə də terror təşkilatlarının üzvləri də var.
Əməliyyat Türkiyənin bir çix dövlət qurumunun birgə fəaliyyəti nəticəsində uğurla yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB