Hicabsız qadın fotoşəkilinin məzar daşı üzərinə vurulması yasaqdır...
Tehranın ən böyük “Beheşt-Zəhra” qəbiristanlığında hicabsız qadınların və “yanlış” geyinənlərin portretləri olan ən azı 98 məzar daşının üzəri rənglənib. Bu barədə İran İnsan Haqları Monitoru məlumat yayıb.
...Hicabsız qadınların təsvirlərinin həkk olunması dindarların məzarına yaraşmaz. Biz satıcılara və quraşdırıcılara xəbərdarlıq etmişdik ki, məzar daşlarının üzərində qaydalara zidd olaraq hər hansı təsvir vurularsa, onlarla işgüzar əlaqələrimizi kəsəcəyik.
SİA-nın əldə etdiyi məlumata görə, bunu qəbiristanlığın “müdiri” Səid Qəzənfəri bildirib.
İran İnsan Haqları Monitoru vurğulayır ki, İranda qəbir və ya qəbiristanlıqlara dəyən ziyan görünməmiş bir hadisə deyil. Belə ki, 2020-ci ilin oktyabr ayında Mazandaranın Röyan şəhər qəbiristanlığının qəyyumlar şurası yaxınlarına xəbər vermədən qadınların məzar daşlarına həkk olunmuş şəkillərini təhrif ediblər.
...Anamın məzarını ziyarət edəndə onun şəkilinin boyandığını görüb şok oldum. Bizə heç kim izahat vermədi. Lakin sonradan öyrəndik ki, qəbiristanlıq rəhbərliyi qadınların qəbir daşlarının üzərinə qoyulmasının dini qanunlara zidd olduğunu əsas gətirərək bu işləri görüblər.
İranlı bir qız deyir bunu.
Xatırladaq ki, sentyabr ayında İran hakimiyyəti İslami geyim qaydalarını “məsxərəyə qoyan” qadınlara 10 il həbs cəzası nəzərdə tutan “Hicab və iffət haqqında” qanun layihəsini qəbul edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB