Əlverişsiz hava şəraiti rejimi (digər adı “qara səma” rejimidir – A.B.) Krasnoyarsk diyarının üç şəhərində - Krasnoyarsk, Açinsk və Nazarovoda tətbiq edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rospotrebnadzorun regional idarəsi xəbər verir.
Açinsk və Nazarovoda “qara səma” rejimi bir gün - noyabrın 28-i saat 19:00-dək davam edəcək.
Krasnoyarskda əlverişsiz hava şəraiti rejimi üç gün ərzində - noyabrın 30-u saat 19:00-a qədər təqdim edilib.
Rospotrebnadzor şəhərlərdə havanın keyfiyyətinə nəzarətin gücləndirildiyini bildirib və sakinləri vəziyyət pisləşərsə, tövsiyələrə əməl etməyə çağırıb.
Çağırışa görə, pəncərələr açılmamalı, havanı nəmləndirməli, daha az çölə çıxmalı və çox su içilməməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB