...Müəllifləri Ukraynadakı müharibədən səfərbər olanların geri qayıtmasını müdafiə edən “Evə yol” teleqram kanalı Rusiya vətəndaşlarına eyniadlı hərəkatın əvvəllər dərc edilmiş manifestini imzalamaq üçün müraciət dərc edib.
SİA-nın elə rus saytlarından əldə etdiyi məlumata görə, səfərbər olunanların yaxınları adından yazılan yazıda Rusiya prezidenti Vladimir Putinin ünvanına qeyri-adi sərt tənqidlər yer alıb.
Qeyd edək ki, bununla bağlı Telegram kanalına daha 15 minə yaxın insan abunə olub. Onun da qeyd edək ki, kanal təxminən iki ay əvvəl fəaliyyətə başlayıb.
“7x7” nəşri kanalın yaradıcılarından bəziləri ilə danışıb, bildirilir ki, söhbət hökumət nümayəndələrinin hərbi əməliyyatlara başlamasından sonra cəbhədən qayıtmaları uğrunda mübarizədə səylərini əlaqələndirmək qərarına gələn müxtəlif bölgələrdən səfərbər olunanların yaxınlarından gedir.
Qeyd edək ki, noyabrın 12-də hərəkatın teleqram kanalında manifesti dərc olunub. Bu manifest tam tərxis olunmasını və səfərbərliyə çağırış üçün son müddətin - 1 il müəyyən edilməsini tələb edir.
Doğrudur, manifestdə Konstitusiya və insan haqlarına hörmət çağırışı da var, amma birbaşa müharibənin dayandırılması çağırışı yoxdur.
Fəallar Moskva da daxil olmaqla, mitinqlər keçirmək üçün müraciət ediblər, lakin hakimiyyət onları qəbul etməyib. Yalnız Novosibirskdə hakimiyyət yerli mədəniyyət sarayının binasında qapalı qapılar arxasında iclas keçirməyə razılaşıb.
...Bazar ertəsi dərc edilən müraciətin müəllifləri bunu Rusiya xalqına “kömək yalvarışı” adlandırırlar. Müəlliflər demək olar ki, ümidlərinin qalmadığını da gizlətmirlər.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl ölkə prezidenti Vladimir Vladimiroviç Putin səfərbər olunanların müharibənin sonunadək cəbhədə olacaqlarını bildirmişdi axı...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB