İsrailin yeni hücum planı

İsrailin Baş Qərargah rəisi Herzi Halevinin "Həmas" ilə toqquşmalarda 4 günlük humanitar fasilədən sonra Qəzza zolağına qarşı hücum planını təsdiqlədiyi bildirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İsrail ordusunun sosial media hesablarında Halevinin4 günlük humanitar fasilə bitdikdən sonra İsrail ordusunun Qəzzaya qarşı hücum planını təsdiqlədiyi qeyd edilib.

Qeyd edək ki, Baş nazir Benyamin Netanyahu da dünən işğal altındakı Qəzzanın şimalına gedib və humanitar fasilədən sonra hücumları davam etdirəcəkləri mesajını verib.

Netanyahu əsgərlərə müraciətində "Sona qədər, "qələbəyə" qədər davam edəcəyik. Heç kim bizə mane ola bilməyəcək" deyib.

Xatırladaq ki, İsrail ordusunun oktyabrın 7-də bölgədə başlatdığı hücumlara "Həmas" ilə əldə edilən əsir mübadiləsi razılaşması çərçivəsində cümə günü səhər saatlarından etibarən 4 günlük humanitar fasilə verilib.

İsrail ordusunun oktyabrın 7-də başlayan hücumları nəticəsində Qəzza zolağında 6 min 150-dən çoxu uşaq, 4 mindən çoxu qadın olmaqla, 14 min 854 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə