...2022-ci il oktyabrın 1-dən 2023-cü il sentyabrın 30-dək 57 mindən çox Rusiya vətəndaşı ABŞ sərhədini keçərək bu ölkədən sığınacaq istəyib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu, ABŞ Sərhəd Agentliyinin dərc etdiyi statistik məlumatda bildirilir.
2021-ci ildə 13 mindən bir qədər çox Rusiya vətəndaşı sığınacaq almaq üçün ABŞ sərhədini keçib, yəni indikindən təxminən 4,5 dəfə az.
2022-ci maliyyə ilində bu rəqəm təxminən üç dəfə artaraq 36,271-ə çatıb. Sığınacaq axtaranların sayı 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən qısa müddət sonra artmağa başlayıb və Rusiyada səfərbərlik elan edildikdən sonra keçən ilin noyabr və dekabr aylarında pik həddə çatıb.
Belə ki, bu aylar ərzində Rusiyadan olan qaçqınların sayı müvafiq olaraq 6931 və 9227 nəfər ABŞ sərhədlərini keçib. Sonra axın bir qədər səngiməyə başlayıb. 2023-cü il oktyabrın 1-dən noyabrın 15-dək 2 minə yaxın rus sığınacaq istəyib.
Rusiyadan bir çox sığınacaq axtaran şəxs, əvvəllər də bildirildiyi kimi, ABŞ-a cənub sərhədindən, Meksikadan bu ölkəyə vizasız giriş imkanından istifadə edərək daxil olur. Hesabatda rusların ABŞ-dan sığınacaq istəməsinin əsas səbəbləri arasında Rusiyada davam edən səfərbərlik, siyasi səbəblərə görə təqiblər və hakimiyyətin Ukrayna ilə bağlı siyasəti ilə razılaşmaması göstərilir.
Yeri gəlmişkən, ötən il ərzində təxminən 100 min Ukrayna vətəndaşı ABŞ-dan sığınacaq istəyib. Sığınacaq axtaranların ümumi sayı 3 milyonu ötüb.
...Müharibə və səfərbərlikdən sonra yüz minlərlə insanın Rusiyanı tərk etdiyi təxmin edilir. Dəqiq məlumatlar məlum deyil. Bir qayda olaraq, gedənlər sığınacaq axtarmır, vizasız giriş meyarlarına cavab vermək üçün başqa ölkələrdə yaşamaq icazəsi almağa və ya yaşayış yerini dəyişməyə çalışırlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB