PKK/YPG Suriyada yenə uşaq oğurlayıb

PKK/YPG Suriyada yenə uşaq oğurlayıb

ABŞ-ın dəstəklədiyi separatçı terror təşkilatı PKK/YPG Suriyanın Hələb vilayətində işğal etdiyi Şeyx Maksut rayonunda 13 yaşlı uşağı oğurlayıb.

PKK/YPG Suriyada işğal etdiyi bölgələrdə uşaqları öz sıralarında döyüşməyə məcbur etmək üçün onları ailələrindən ayırmağa davam edir.

PKK/YPG Hələb vilayətinin Şeyx Maksut rayonunda 13 yaşlı uşağı oğurlayaraq silahlı təlim keçmək üçün qondarma təlim düşərgəsinə aparıb.

Terror təşkilatı oğurladığı uşaqların ailələri ilə ünsiyyət qurmasına icazə vermir.

Beynəlxalq təşkilatlar da PKK/YPG-nin uşaqları zorla sıralarına cəlb etdiyini sənədləşdirir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 2022-ci ilin yanvar-dekabr dövrünə aid "İllik slahlı münaqişələrdəki uşaqlar" hesabatında terror təşkilatı PKK və onun Suriyadakı qolu YPG-nin 2022-ci ildə 1200-dən çox uşaqdan "əsgər" olaraq istifadə etdiyini açıqlayıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, BMT-nin Baş katibi Antonio Quterreş hesabatı dəyərləndirərkən deyib:

"PKK/YPG-nin uşaqları əsgər kimi istifadə etməsindən son dərəcə narahatam. Onları uşaqları əsgər kimi və müxtəlif məqsədlər üçün istifadə etməyi dayandırmağa və öz sıralarında olan bütün uşaqları azad etməyə dəvət edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə