Kadırov Artemovsk ətrafında xeyli diversant "öldütdürüb"...

Kadırov Artemovsk ətrafında xeyli diversant "öldütdürüb"...

"Donetsk Xalq Respublikası”nın Artemovsk (Ukrayna adı - Baxmut) ətraflarında bir qrup diversant məhv edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib.

...Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin “Qroznı” PPSP-nin ayrıca batalyonunun döyüşçüləri 2-ci Ordu Korpusunun hərbi qulluqçuları ilə birlikdə Baxmut ətrafında daha bir diversant qrupunu məhv ediblər. Düşmənin yerini “Axmat” xüsusi təyinatlı dəstəsinin əməliyyatçıları onlara veriblər.

Bunu bildiyiniz kimi Ramzan Kadırov yazıb.

O, qeyd edib ki, effektiv qarşılıqlı fəaliyyət düşməni binalardan birində mühasirəyə almağa imkan verib.

Ramzanın bu dəfə dediyinə görə, Rusiya tərəfində şəxsi heyət arasında itki-filan yoxdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə