Daşkənddə naməlum şəxslər sinaqoqlardan birinin divarlarına Fələstin tərəfdarı kimi çıxış edən şüarlar yazıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Azfront” teleqram kanalı abunəçilərinə istinadən xəbər verir.
Qeyd edək ki, hadisə ilə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.
Onu da qeyd edək ki, oktyabrın sonunda “Azfront” İsrailin Diaspor İşləri Nazirliyinin daxili sənədinə istinadən Daşkənddə beynəlxalq dini yəhudi hərəkatı olan “Çabad”ın iki nümayəndəsinə hücum edildiyi barədə məlumat yayıb.
...Özbəkistandakı hadisələr barədə ictimaiyyətə məlumat verilmir.
Yəhudi icmasının nümayəndələri də bu cür halları ictimailəşdirməkdən çəkindiklərini, lakin hadisələr barədə yerli hakimiyyət orqanlarını və yəhudi təşkilatlarını məlumatlandırmağa çalışdıqlarını deyirlər.
“Çabad” nümayəndələrinə hücumdan sonra İsrail tərəfi Özbəkistanda antisemitizm hallarının arta biləcəyi barədə xəbərdarlıq edib. Hakimiyyət buna cavab olaraq bildirib ki, ölkədə sinaqoqlar və digər obyektlər Milli Qvardiya və polis tərəfindən gecə-gündüz mühafizə olunur.
...Öz növbəsində, Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 31-də Daşkənd müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğunu və ölkəsinin Qəzzaya bir milyon yarım dollar məbləğində humanitar yardım göstərəcəyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB