Şaxta babanın vətənindən keçməliyik..?

Finlandiya Rusiyadan gələn miqrantları orijinal şəkildə cəzalandırdı
Şaxta babanın vətənindən keçməliyik..?

Qeyd edək ki, Finlandiya Rusiyanı miqrant işğalını təşkil etməkdə ittiham etdikdən sonra şərq sərhədindəki keçid məntəqələrini bağlamaqda davam edir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Yle”-nin məlumatına görə, şərq sərhədində ümumilikdə səkkiz keçid məntəqəsi var, onlardan yeddisi artıq bağlanıb və ya bağlanacaq.

Xüsusilə, Kuusamo, Salla və Vartiusda onlardan üçü noyabrın 25-nə keçən gecə bağlanıb.

Noyabrın 18-nə keçən gecə İmatra, Niirala, Nuijamaa və Vaalimaa keçidləri bağlanıb.

Qeyd edək ki, Finlandiyanın ən şimalında, Laplandiya əyalətində yerləşən Raja-Joosepidə yalnız bir keçid məntəqəsi fəaliyyət göstərəcək.

Onu da qeyd edək ki, bu keçid məntəqəsinə getməyin çətin olması ilə yanaşı, məntəqə gündə cəmi dörd saat işləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə