...Ukraynada müharibə ikinci qışa girdiyi bir vaxtda Rusiya ordusunda cəbhədən tez qaçmaq istəyən əsgərlərin sayı artır. SİA-nın əldə etdiyi məlumata görə, bunu “Associated Press” jurnalistləri tərəfindən nəzərdən keçirilən çoxsaylı telefon danışıqları dinləmələri sübut edir.
Qeyd edək ki, “Associated Press” reportyorları evlərinə edilən bu zənglərdə səsi eşidilən şəxslərin kimliyini dəqiqləşdirib, onların qohumları və hətta bəzi yerlərdə əsgərlərin özləri ilə danışa biliblər.
...Bu çağırışlarda səfərbərlikdən qaçmayan və ya qaça bilməyən kişilərin səsləri var. Bəzilərinin pulu, təhsili, seçimləri olmayıb. Digərləri isə vətənpərvərlik borcuna inanıblar.
...Evlərinə, yaxınlarına zəng edən bu adamlar deyirlər ki, nəyin bahasına olursa-olsun hərbi xidmətdən yayınsınlar. Əgər vəziyyət cəbhəyə getməməyə imkan vermirsə, o zaman “könüllü” kimi qeydiyyatdan keçmək və ya “Vaqner” kimi bir növ “PMC” ilə müqavilə bağlamaq daha yaxşıdır.
Ona görə ki, səfərbər olunanlar Rusiya ordusunda “qənaət” olmadan döyüşlərdə sərf olunan insanların ən gücsüz kateqoriyasıdır.
...Komandanlıq peşəkar müqaviləli əsgərlərin qayğısına qalır: onlar məzuniyyətə gedirlər, paltarlarını yumaq və normal çimmək imkanı əldə edirlər, yemək və su ilə yaxşı təmin olunurlar.
Amma səfərbər olunanlar heç kimin vecinə olmayan mal-qara vəziyyətindədirlər.
Evə zəng edənlərdən biri gileylənirlər ki, bütöv bir bölmədən heç kimin döyüşdən qayıtmaması adi hala çevrilib. Eyni zamanda, qanuni yolla Rusiyaya qayıtmaq mümkün deyil. Qaçmaq istəyənləri edam, “çuxur” və məhkəmə ilə hədələyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB