Mənzilinə qucaqda girməyə möhtac olan rusiyalı hərbçi...

Mənzilinə qucaqda girməyə möhtac olan rusiyalı hərbçi...

...Bir ölkənin əsl böyüklüyü ilk olaraq kiçik şeylərlə sübut olunur. Rəhbərlərin geosiyasətlə bağlı növbəti aqressiv dodaq şaqqıltısı, hətta o biri qütbə meqa-raketlər buraxmaq imkanı... belə deyil. Ölkənin əsl əzəməti kəndlər üçün kifayət qədər təcili tibbi yardım maşınlarının olmasında, insanların evlərini odun və kömürlə deyil, qazla qızdırılmasında, əhalinin adam kimi yaşaya bilməsindədir...

Qeyd edəm ki, SİA bunu rus saytlarından oxuduqlarına istinadən yazır.

Məsələn, hazırda əksər ruslar iddia edirlər ki. bu gün rus səlahiyyətlilərinin əhaliyə satmağa çalışdıqları hər şeyin guya ölkənin əzəməti ilə heç bir əlaqəsi yoxdur.

Bu, rus məmurlarının həyatdan həzz alması və adi insanların hesabına əylənmək bacarığından bəhs edir.

Əgər bu böyüklüyü hakimiyyətə yaxın olan 1000-ə yaxın ailə özəlləşdiribsə, bütün Rusiyanın böyüklüyünün bununla nə əlaqəsi var? Doğrudan da, elə deyilmi?

Yeri gəlmişkən, qeyd edim ki, təxmini bu səpkili yazıya əlavə edilmiş fotoda, evinə qalxmağa təşəbbüs göstərən hərbçinin əksi əlavə edilib.

Yazı müəllifinin iddiasına görə, həmən hərbçi köhnə Vaqnerçilərdəndir.

Yazı müəllifinin başqa bir iddiasına görə, indi həmən Vaqnerçi ölkənin böyük bir problemi olduğunu görməkdədir. Çünki o, hazırda mənzilinə qucaqda girməyə möhtacdır.

...Və bilsə ki, bu gün bütün Rusiyada əlillər 20 ildir belə sürünür, onda nə olacaq ki?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə