...Yerli mətbuat, İsrail ordusunun Dəməşq Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqlarına zərbələr endirdiyini bildirib.
SİA TASS-a istinadən xəbər verir ki, Suriya hökumətinin “Şam FM” radiostansiyasının məlumatına görə, Dəməşqin ətrafı Mezze və Muadamiyada partlayış səsləri eşidilib.
Xatırladaq ki, oktyabrın 25-də İsrail ordusu Suriyanın Hələb şəhərindəki beynəlxalq hava limanına hücum edib.
Bundan əvvəl İsrail Dəməşq və Hələb hava limanlarının uçuş-enmə zolaqlarını raketlərlə vurmuşdu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB