Fələstinin HƏMAS radikal hərəkatı Rusiya vətəndaşlığı olan girovu Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-ın müxbirinə hərəkatın Siyasi Büro rəhbəri İsmayıl Haniyyənin mətbuat katibi Taher əl-Nunu bildirib.
“...Həmas Rusiya prezidenti Vladimir Putinin səylərinə cavab olaraq Rusiya vətəndaşlığı olan girovu azad edib”, - əl-Nunu bildirib.
Onun sözlərinə görə, “girov bu yaxınlarda Qırmızı Xaça təhvil verilib”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB