Bu arada Tver vilayətinin Torjok rayonunda pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya regionu hökumətinin mətbuat xidməti yayıb.
Rusiya tərəfindən verilən məlumata görə, Tver yaxınlığında baş verənlər nəticəsində mülki şəxslər xəsarət almayıb. Dağıntı da olmayıb.
Tver vilayətinin qubernatoru İqor Rudenya regional idarələrə xidmətlərə bütün lazımi köməklik göstərməyi əmr edib.
Hökumətin mətbuat xidməti xatırladıb ki, regionda çəkisindən asılı olmayaraq pilotsuz təyyarələrin istifadəsinə qadağa var.
Qeyd edək ki, bir müddət bundan əvvəl Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bölgədə Ukraynaya məxsus pilotsuz uçan aparatının vurulduğunu bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB