Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun dezinformasiyaya qarşı mübarizədə qərarlı olduqlarını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
İstanbulda adı keçən departament tərəfindən təşkil edilən Beynəlxalq Strateji Əlaqə Zirvəsinin (Stratcom Summit'23) bağlanışında çıxış edən F.Altun deyib: “Sammitdə bütün dünyanı təhdid edən hibrid təhdidlərə qarşı necə, hansı yol və üsullarla mübarizə aparacağımız bu iki gün içərisində danışıldı.
Strateji kommunikatorlar olaraq biz fərdləri, cəmiyyətləri, mədəniyyətləri, dövlətləri və demokratiyaları hədəf alan hibrid təhlükələrə qarşı effektiv əməkdaşlıq etməliyik.
Ədalətsizlik dezinformasiya və saxta xəbərlər vasitəsilə yayılmağa meyillidir.
Biz qlobal səviyyədə təşkilatlanacaq və effektiv koordinasiya ilə yalanlara, dezinformasiyaya və hibrid təhdidlərə qarşı mübarizə aparacağıq.
İsrailin media mənsublarını hədəfə almağa, beynəlxalq ictimaiyyətin doğru və sağlam məlumat əldə etməsinə mane olmağa, öz zülmətində çıxarılan yalan xəbərlərlə həqiqəti çirkləndirməyə və təhrif etməyə yönəlmiş bütün fəaliyyətini şiddətlə qınayır və dezinformasiya ilə manipulyasiyalara qarşı mübarizədə qərarlı olduğumuzu vurğulayırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB