Kriştiano Ronaldonun muzeyi açıldı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun muzeyi açılıb. SİA xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusunun adını daşıyan muzey Ər-Riyadda yaradılıb.

Ronaldonun həmyerliləri artıq məkanı ziyarət ediblər. Muzeydə 38 yaşlı hücumçunun karyerasının ən mühüm anları nümayiş olunub.

Qeyd edək ki, Kriştiano Ronaldo bu ilin yanvarından “Əl-Nəsr”də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə