İranda qar uçqununa görə 5 alpinist öldü

İranda qar uçqununa görə 5 alpinist öldü

İranda baş verən qar uçqunu nəticəsində 5 alpinist həlak olub. SİA xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 4 alpinist isə xəsarət alıb. Onlar təcili xəstəxanaya yerləşdiriliblər.

Qeyd olunub ki, ölən alpinistlərin cəsədi yüksəkliyi 4150 metr olan dağ silsiləsindən tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə