İsrail girovlarla bağlı söz verib...

İsrail girovlarla bağlı söz verib...

İsrail radikal qruplar tərəfindən saxlanılan bütün fələstinli girovlar azad edilənə qədər Qəzza zolağından ordusunu çıxarmağı planlaşdırmır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ölkənin müdafiə naziri Yoav Qalant bildirib.

O, həmçinin ordunun HƏMAS-a təzyiqlərini davam etdirəcəyini və onunla sonrakı bütün danışıqların hərbi əməliyyatlar fonunda aparılacağını vurğulayıb.

Biz bütün girovları qaytaracağımız vəziyyətə çatana qədər Qəzzanı tərk edib müharibəni dayandıra bilmərik. Bu fasilə üçün vaxt çərçivəsi qısadır - həftələr çəkməyəcək, günlər çəkəcək - bir az daha çox, bir az az.

HƏMAS ilə növbəti danışıqlar atəş altında aparılacaq. Yəni, əgər növbəti pauzanı müzakirə etməyə davam etmək istəyirlərsə, bu, bizim qüvvələrimiz döyüşərkən baş verəcək, bu, istənilən pauza üçün əsasdır.

Qalant deyib bunu.

Bundan əvvəl bildirilmişdi ki, noyabrın 24-ü səhər saatlarında İsrail Qəzza zolağında atəşkəs başlayandan az sonra onu pozub. Ərəb tərəfi qeyd edir ki, İsrail ordusu Rafah şəhərinin şərqində intensiv atəşlər aparır. Atəşkəsin qüvvəyə minməsinə son saatlarda İsrail qüvvələri Qəzza zolağının müxtəlif yerlərində, o cümlədən şimalda intensiv reydlərə başlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə