Rusların on milyonlarla dollar dəyərində olan texnikası məhv edilib…
Ukraynanın “Dron Ordusu” Baxmut yaxınlığında on milyonlarla dollar dəyərində qiymətləndirilən rus texnikasını məhv ediblər.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, cəmi bir gündə rusların 4 tankı və bir D-30 haubitsasını metal qırıntısına çevrilib.
Qeyd edək ki, bu barədə Ukrayna baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixail Fedorov da məlumat verib.
Onun dediyinə görə, “…onlar on milyonlarla dollar dəyərində rus texnikasını vurublar”.
Bundan əlavə o, hazırda “Dronlar Ordusu”nun Baxmut istiqamətində işlədiyini də gizlətməyib.
Fedorov əlavə edib ki, görüntülər CODE 9.2 qurğusunun və Ukraynanın “Vampire” pilotsuz təyyarələrinin fəaliyyəti nəticəsində əldə olunub.
“Cəmi bir gündə hərbçilər 4 tank və bir D-30 haubitsasını vuraraq texnikanı metal qırıntılarına çevirdilər”, - deyə nazir bir daha qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB