İsrail 39 fələstinlini azad edib

İsrail və HƏMAS arasında girov mübadiləsi baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rafah Sərhəd Qapısına yaxın ərazidə 13 israilli girov azad edilib.

Girovları Həmas Qırmızı Xaça, Qırmızı Xaç isə Misir hakimiyyətinə təhvil verib. 13 israilli girovla yanaşı, 10 tailandlı və 1 filippinli girov Həmas tərəfindən azad edilib. Tailandın baş naziri Thavisin bu barədə sosial media hesabında məlumat verib. İsrail tərəfindən 15-i uşaq və 24-ü qadın olmaqla 39 fələstinli İordan çayının qərb sahilindəki Ofer həbsxanasından GMT ilə azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə