Əfqanıstanın Hindistandakı səfirliyi fəaliyyətini dayandırdı

Əfqanıstanın Hindistandakı səfirliyi fəaliyyətini dayandırdı

Əfqanıstanın Hindistandakı səfirliyi fəaliyyətini tamam dayandırıb. SİA xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.

“Əfqanıstan İslam Repsublikasının səfirliyi Yeni Dehlidəki diplomatik missiyasının daimi olaraq bağlanıldığını təəssüflə qeyd edir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Hindistan hökuməti Əfqanıstandakı Taliban hakimiyyətin tanımır. Buna baxmayaraq, hökumət Əfqanıstan səfirliyinin fəaliyyətinə icazə vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə