Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari İsrailin Təl-Əviv və HƏMAS arasında atəşkəsin ilk günündə fələstinli məhbusları azad etdiyini təsdiqləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, əl-Ansari bunları deyib: "Biz razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edildiyini təsdiqləyirik”.
Daha əvvəl xəbər verildiyi kimi, atəşkəsin şərtlərinə əsasən, ilk gündə 13 israilli girov, qadın və uşaq azad edilib və onlar evlərinə gediblər.
Tərəflər razılaşıblar ki, HƏMAS atəşkəs rejiminin “bir gün - on girov” sxemi üzrə uzadılması müqabilində daha çox insanı azad edə bilər. Ümumilikdə HƏMAS-ın əsirliyində 230-a yaxın israilli qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB