Paşinyan Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib
Yalan demirsən ki..?

Ermənistan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, baş nazir Nikol Paşinyan deyib. Onun sözlərini “Armenpress” sitat gətirir.

“Biz Gürcüstanın birliyini, suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini və demokratiyasını tam və birmənalı dəstəkləyirik”.

SİA-nın əldə etdiyi məlumata görə, o, İrəvanın Abxaziya və Cənubi Osetiyanı işğal olunmuş ərazilər kimi tanımağa hazır olub-olmaması ilə bağlı suala cavab verib.

Baş nazir əlavə edib ki, Ermənistanın 2019-cu ilin Məxməri İnqilabından əvvəl (Paşinyan və tərəfdarlarının hakimiyyətə gəlişi-A.B.) və ondan sonra BMT-də bu ərazilərlə bağlı səsverməsi “çox gözə çarpan və müəyyən fərq” göstərib. Onun sözlərinə görə, Gürcüstan nümayəndələri bu məsələdən “məmnun olduqlarını bildiriblər”.

Yalan demirsən ki..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə