İran ötənilki etiraz aksiyalarının iştirakçısını gizli şəkildə edam edib
İranda ötən il hökumət əleyhinə keçirilən mitinqlərin iştirakçısı olan 21 yaşlı Milad Zöhrəvənd gizli şəkildə edam edilib. Bu barədə BBC Fars Xidməti mənbələrə istinadən məlumat yayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, insan haqları qrupu Hengaw da edamla bağlı məlumat aldığını bildirib.
BBC mənbələri iddia edir ki, Zöhrəvənd noyabrın 23-də İranın qərbində Həmədan şəhərindəki həbsxanada edam edilib. O, etiraz aksiyası zamanı SEPAH kəşfiyyat zabiti Əli Nəzərini öldürməkdə ittiham olunurdu.
Zöhrəvəndə vəkil verilmədiyi bildirilir. İran rəsmiləri onun edam edilməsini rəsmən açıqlamayıblar. BBC mənbələri Zöhrəvəndin cənazəsinin hələ də ailəsinə verilməməsinə də aydınlıq gətirir.
Hengaw xəbər verir ki, Milad Zöhrevənd ailəsi ilə son görüşdən imtina edib. Hüquq müdafiəçiləri iddia edirlər ki, İslam İnqilabı Keşikçiləri Korpusu hökmün tez bir zamanda icra olunmasında israrlıdır.
Qeyd edək ki, Zöhrəvəndin ölümü ilə bağlı məlumat təsdiqlənərsə, o, ötən ilki edam edilən mitinqlərin səkkizinci iştirakçısı olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB