Meksika Milli Dünya Mədəniyyətləri Muzeyində “Türkiye salonu” açılıb

Meksika Milli Dünya Mədəniyyətləri Muzeyində “Türkiye salonu” açılıb

Meksika Milli Dünya Mədəniyyətləri Muzeyində Türkiyenin zəngin tarixini və mədəni müxtəlifliyini əks etdirən əsərlərin yer aldığı “Türkiyə salonu” Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən açılıb.

SİA-nın əldə etdiyi məlumata görə, açılış mərasimində çıxış edən TİKA sədri Serkan Kayalar deyib:

""Türkiyə Salonu"nun ölkələrimiz arasındakı dostluğa və iki cəmiyyət arasında yaxınlaşmaya töhfə verəcəyinə inanıram. Cümhuriyyətimizin 100-cü ilini bu dəyərli muzeydə TİKA-nın köməyi ilə "Türkiyə salonu"muzu" açaraq qeyd edirik. Muzeydə Yunan, Çin və Misir kimi qədim sivilizasiyaların arxeoloji, antropoloji və etnoqrafik əsərlərinümayiş etdirilir".

Muzeydə tarixin ən qədim tikililərindən biri olan Göbeklitəpənin əsərləri ilə yanaşı, tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi edən Anadoluda 13 dövrə aid 61 əsər sərgilənir.

Bütün xəbərlər Facebook səhifəmizdə