Ukrayna bunun arxasında dayanacaqmı?

Ukrayna bunun arxasında dayanacaqmı?

...Gərək ki, bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski “The Sun”a müsahibəsində Putinin hipotetik ləğvi ilə bağlı suala cavablandırarkən, belə bir fürsət yaranacağı təqdirdə Ukraynanın bundan istifadə edəcəyini demişdi.

...Əgər Rusiya Ukrayna prezidentinin həyatına qəsd edə bilərsə, onda niyə ukraynalılar Putinə qarşı da eyni şeyi etməsindər?

Təbii ki, Zelenskinin belə bir açıqlama verməsinə tərəddüdlə yanaşıb, Ukraynanın belə bir imkanının olmadığını etiraf edənlər də var.

Bundan əlavə, indi bu mövzu çox mücərrəddir. Məsələn, bir vaxtlar Hitlerə sui-qəsd cəhdləri olub, amma heç biri uğurlu alınmayıb. Qeyd edək ki, oxşar hadisə Stalinlə də olub.

Maraqlıdır ki, əgər Zelenskinin dedikləri reallaşsa, təbii ki, vəziyyət başqa cür də cərəyan edə bilər.

Və bəlkə də, belə bir nəzəri əməliyyatda iştirak edə biləcək şəxslərin xatirələri dərc olunsa belə, heç vaxt dəqiq cavabı heç kim bilməyəcək.

Məsələn, ukraynalı politoloq, “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Fesenkoya görə, “...çox güman ki, mövzu sui-qəsd nəzəriyyələrinə çevriləcək, hamı maraqlanacaq ki, bunu niyə və kim edib. Və mən hesab edirəm ki, ləğvetmənin arxasında Ukraynanın ola biləcəyi versiyanı həm dəstəkləyənlər, həm də tənqid edənlər olacaq”.

...Burada ən maraqlısı bilirsiniz nədir, ukraynalı politoloqun, belə bir hadisənin baş verəcəyi təqdirdə bunun arxasında Ukraynanın dayanıb dayanmayacağı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə