“Əbədi məşəl”i söndürən məktəblilərə cinayət işi açılıb

“Əbədi məşəl”i söndürən məktəblilərə cinayət işi açılıb

...Norilskdə Qələbə memorialında Əbədi məşəli söndürən 10 və 11 yaşlı iki məktəbli barəsində cinayət işi açılıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, cinayət işi Vətənin müdafiəsi zamanı həlak olanların xatirəsini əbədiləşdirən abidələrin, o cümlədən obyektlərin dağıdılması və ya zədələnməsi maddəsi ilə açılıb.

Beləliklə, istintaqın məlumatına görə, noyabrın 19-da iki məktəbli “Əbədi məşəl” abidə kompleksində alovu qar və ayaqları ilə söndürərək hadisə yerindən qaçıblar. Onların hərəkətləri küçənin videokamerasına düşüb.

Norilsk Ekologiya və Ərazilərin Kompleks Təmir Departamentinin direktoru Aleksey Yakovlev polislə əlaqə saxlayıb. Noyabrın 24-də saxlanılan məktəblilər “Əbədi məşəli” “maraqdan” söndürdüklərini bildiriblər.

Məktəblilərin sözlərinə görə, onlar alovu qarla söndürməyin mümkün olub-olmadığını görmək istəyiblər. Daxili İşlər Nazirliyinin əməkdaşları məktəblilər və onların valideynləri ilə profilaktik söhbət aparıblar. Tezliklə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb ki, idarənin rəisi Aleksandr Bastrıkin məktəblilərə qarşı cinayət işinin başlanmasına göstəriş verib.

Bir saat sonra İstintaq Komitəsinin Krasnoyarsk şöbəsi işin başlandığını elan edib. Hazırda “Əbədi məşəl” bərpa olunub, konstruksiya “yaxşı vəziyyətdədir”.

Bunu da rus saytları yazıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə