Şimali Koreya lideri Kim Çen In hərbi peykin orbitə buraxılmasının düşmənlərin fəaliyyətinə qarşı tam hüquqlu müdafiə təlimi olduğunu bildirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Kim Çen In “Malligyong-1” adlı hərbi peykin orbitə buraxılmasında əməyi olan mühəndis və alimləri ziyarət edib.
Kim burada verdiyi açıqlamada hərbi peykin düşmən qüvvələrə qarşı çəkindirici rol oynadığını bildirib.
Kim Çen In peykin xarici güclərin hərbi fəaliyyətlərini izləyən "kosmik qoruyucusu'' olduğunu vurğulayıb.
Qeyd edək ki, Şimali Koreya noyabrın 21-də "Malligyong-1" peykinin uğurla orbitə buraxıldığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB