Avropa İttifaqı Moldova və Gürcüstanı bu ərazilər olmadan qəbul edə bilər
Avropa İttifaqı Moldova və Gürcüstanı Dnestryanı, Abxaziya və Cənubi Osetiya əraziləri olmadan qismən qəbul etmək imkanını nəzərdən keçirə bilər. SİA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.
“Gürcüstan və Moldovanın Avropa gələcəyi münaqişələrin girovu ola bilməz. Bu, Aİ-nin ən yüksək səviyyəsində təsdiqləndi”, - deyə cənab Stano bildirib. O, Avropa İttifaqının bu ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb.
Noyabrın 8-də Avropa Komissiyası Moldova və Ukrayna üçün Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamağı tövsiyə edib. Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi tövsiyə olunur. Daha sonra Moldova prezidenti Maia Sandu bildirib ki, ölkənin Aİ-yə daxil olması üçün “ən pis ssenari” qismən inteqrasiya olacaq: əvvəlcə Dnestr çayının sağ sahili, sonra isə Dnestryanı əraziyə daxil ola bilər. Gürcüstan və Moldova 2022-ci ilin martında, Ukrayna isə 2022-ci ilin fevralında Avropa Birliyinə üzv olmaq üçün ərizə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB