İsrail Livan sərhədinə ağ fosfor bombası ilə hücum edib. SİA xarici mətbuata istinadən bildirir ki, İsrail qüvvələri Livanın Meys əl-Cəbəl qəsəbəsini ağ fosfor bombası ilə hədəfə alıb.
İsrail ordusu həmçinin sərhəd bölgəsində yerləşən Rəşafi şəhəri, Alma əl-Şaab, Mejdel və Teyr Harfa şəhəri ətrafındakı əraziləri də artilleriya atəşi ilə vurub. Hizbullah da son 24 saat ərzində İsrailin 18 hərbi məntəqəsinə hücum edib.
Hizbullah tərəfindən edilən son açıqlamada Yiftah, Əl-Malikiyye, Birket Rişe, Ziryat, Er-Rahib, Bustan, Cəl əl-Alem və Ramyadakı İsrail hərbi məntəqələrinin idarə olunan raketlərlə tam dəqiqliklə və lazımi şəkildə vurulduğu qeyd edilib".
Hizbullah daha əvvəl İsrailin 10 hərbi məntəqəsinin hədəf alındığını da açıqlamışdı.
Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 85 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB