“Ukrayna Rusiya ilə danışıqlar prosesinə cəlb oluna bilər” - Qabrielius Landsberqis
Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Ukraynanın Rusiya ilə danışıqlar prosesinə cəlb oluna biləcəyini bildirib. SİA xəbər verir ki, o bu barədə “Bloomberg” agentliyinə müsahibəsində danışıb.
Landsberqis qeyd edib ki, Ukraynanın hazırda raket sistemləri və döyüş sursatları yoxdur. Bundan əlavə, Avropa Birliyində qərarların qəbulu prosesinin uzun sürməsi Kiyevi Rusiya ilə danışıqlara cəlb olunacağı şəraitə sala bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB