İrlandiyanın paytaxtı Dublində silahlı hücum olub.
SİA-nın əldə etdiyi məlumata görə, üç azyaşlı uşaq və bir qadın naməlum kişinin hücumuna məruz qalıb.
Hadisənin katolik ibtidai məktəbinin yaxınlığında baş verdiyini bildirilib. Hücum nəticəsində üç uşaq, 30 yaşlı qadın və cinayətkarın özü müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hamısı Dublinin müxtəlif xəstəxanalarına aparılıb.
Fövqəladə hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Cinayətkar saxlanılıb. Onun motivləri haqqında hələ heç nə məlum deyil.
Silahlı hücumdan sonra Dublinin mərkəzində iğtişaşlar başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB