Britaniyada miqrantların sayına görə birinci yeri ukraynalılar tutur
Ötən il Böyük Britaniyada miqrantların artımı rekord həddə - 745 min nəfərə çatıb ki, bu da 2021-ci illə müqayisədə 164 min nəfər çoxdur.
SİA “İnterfaks-Ukrayna”-ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı Böyük Britaniya Milli Statistika Xidmətinin yaydığı hesabatda deyilir.
2022-ci ildə ən çox miqrant Ukraynadan gəlib – 114 min nəfər. İkinci yerdə Honq-Konq vətəndaşlarıdır – 52 min nəfər.
Bu ilin yanvarından Britaniya Miqrasiya Xidməti Britaniya vizası ilə ölkəyə daxil olmaq hüququna malik qohumların sayında artım qeydə alıb.
Milli Statistika Xidmətinin ekspertləri qeyd ediblər ki, bu məlumatlar sonradan yuxarıya və ya aşağıya doğru düzəldilə bilər.
Mixail Ptuxa adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova iddia edir ki, doqquz milyona yaxın ukraynalı xaricdə yaşayır, onlardan üç milyona yaxını əmək miqrantıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB