ABŞ-ın İraqdakı iki hərbi bazası bombalanıb...

ABŞ-ın İraqdakı iki hərbi bazası bombalanıb...

ABŞ-ın İraqdakı iki hərbi bazası "İraq İslam Müqaviməti" şiə hərəkatının döyüşçüləri tərəfindən hücuma məruz qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS hərəkata istinadən xəbər verir.

Agentliyin məlumatına görə, söhbət İraq Kürdüstanının Ərbil Beynəlxalq Hava Limanı və Ənbar vilayətində Ayn əl-Əsəd yaxınlığındakı bazalardan gedir.

Hücumlar pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Hərəkatın məlumatına görə, onlar hədəflərini vura biliblər. Lakin zərbələrin nəticələri barədə hələlik məlumat yoxdur. Qeyd edək ki, son zamanlar ABŞ-ın İraq və Suriyadakı bazaları dəfələrlə hücuma məruz qalmaqdadır.

Yeri gəlmişkən, İraqda fəaliyyət göstərən silahlı şiə qruplaşmaları onlara görə məsuliyyəti öz üzərinə götürür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə