Belqorodda Xarkov vilayətindən olan xain məhv edilib...

Belqorodda Xarkov vilayətindən olan xain məhv edilib...

Ukrayna Təhlükəsizlik Xidməti Xarkov vilayətindən Rusiyaya qaçan xainini məhv edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin UNİAN-a verdiyi məlumata görə, noyabrın 16-da Rusiyanın Belqorod şəhərində Xarkov vilayətinin işğal administrasiyası rəhbərinin müavini Aleksandr Slisarenkonun idarə etdiyi avtomobillə “şaqqıltı” olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, partlayış nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Nəşrin həmsöhbətinin sözlərinə görə, Slisarenkonun məhvi Ukrayna Təhlükəsizlik Xidmətinin əməlidir.

Slisarenko, mənbənin qeyd etdiyi kimi, vaxtilə Ukraynanın daxili işlər orqanlarında işləyib. 2014-cü ildə Xarkov Anti-Maydanının fəal iştirakçısı olub, 2021-2022-ci illərdə isə Lynx xüsusi təyinatlı dəstəsinin tərkibində “Luqansk Xalq Respublikası” üçün döyüşüb.

Deyilənlərə görə, bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Slisarenkonu dövlətə xəyanətdə şübhəli bilinərək ittiham etsə də, o, məhkəməyə gəlməyib.

O da qeyd edilir ki, Rusiya hakimiyyət orqanları Slisarenkonun ölümü ilə bağlı hələ ki, bir açıqlama verməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə