Ukrayna səfirliyi Polşa Xarici İşlər Nazirliyinə nota göndərib

Ukrayna səfirliyi Polşa Xarici İşlər Nazirliyinə nota göndərib

Ukraynanın Varşavadakı səfirliyi sərhəd keçid məntəqəsində daha bir sürücünün ölümündən sonra Polşa Xarici İşlər Nazirliyinə nota göndərib. TASS xəbər verir ki, bu barədə Ukrayna diplomatik missiyasının rəhbəri Vasili Zvariç məlumat verib.

SİA-nın əldə etdiyi məlumata görə, səfir yük maşını sürən və Polşa daşıyıcılarının Korçev keçid məntəqəsi qarşısında tətil etməsi nəticəsində növbəyə düşmüş ikinci ukraynalı sürücünün ölümünə münasibət bildirib.

Zvariç aydınlaşdırıb ki, Ukrayna diplomatik departamenti təcili olaraq Polşa Xarici İşlər Nazirliyinə növbəti rəsmi nota göndərib və yük maşınlarının hərəkətinin qarşısının alınmasını tələb edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə