...Xəbər verildiyi kimi, Minskdə KTMT-nin sammiti başlayıb. Deyilənlərə görə, Lukaşenko şəxsən Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək onu sammitə çağırsa da, rədd cavabı alıb. Bundan başqa, İrəvan Müqavilədə iştirak edən ölkələrdən onun dəstəklənməsinə dair sənədi də gündəmdən çıxarıb.
Sual oluna bilər, bu məqam Lukaşenko və Putin üçün nə dərəcədə həssasdır?
Buna münasibət bildirən Ermənistanda demokratik hərəkatın liderlərindən biri, sabiq deputat, Ermənistanın Rusiyadakı keçmiş səfiri Stepan Qriqoryan danışıb.
Maraqlıdır ki, Lukaşenkonu müstəqil oyunçu hesab etməyən Qriqoryan, Putin üçün bunu, əlbəttə ki, bunu çox həssas dəyərləndirib.
Və nə dərəcədə maraqlı olsa da, Putinin, bir növ Ermənistandan nə istədiyini də sual edib.
Qriqoryana görə, Putin Ermənistanın maraqlarını təslim etmək, amma ermənilərin də ona sadiq qalmalarını istəyir. Erməni siyasətçiyə görə, həyatda belə olmur və bu, avtoritar liderlər üçün çox yaxşı dərsdir. Rusiya Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmədi, KTMT öz öhdəliklərini yerinə yetirmədi, bu, Ermənistanın hazırkı rəhbərliyini KTMT-nin işində iştirakını dondurmağa məcbur etdi.
...Bu gün KTMT Rusiyaya lazımdır ki, o, dünyada təcrid olmasın, onun təsir etdiyi bəzi ölkələrin olduğunu göstərsin. Ona görə də Rusiya Federasiyası Ermənistanın bu hadisələrdə iştirak etməməsinə həssas yanaşır.
Bunu deyən Qriqoryan KTMT-nin Minsk sammitinə də münasibət bildirib. Onun fikrincə, KTMT ölkələri bilməlidir ki, Rusiya vahid hava hücumundan müdafiə sistemini onları qorumaq üçün deyil, ondan öz məqsədləri üçün istifadə etmək üçün yaradır. Ona görə də heç nə ilə bitməyəcək söhbətlər olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB