Ukrayna prezidenti Volodimir Zelenski ölkələrinə təhvil verilən hər bir hava hücumundan müdafiə sisteminin insan həyatını xilas etdiyini və “2024-cü il Ukrayna hava məkanının Rusiya üçün bağlanacağı dövr olmalıdır” deyib. SİA xarici mənbələrə istinadən bildirir ki, Volodimir Zelenski qeyd edib ki, Ukraynaya çatdırılan hər bir müdafiə sistemi insanların həyatını xilas edir.
Hava qalxanı sayəsində daha çox qaçqının Ukraynaya qayıdacağını və beləliklə də iqtisadi inkişafın sürətlənəcəyini vurğulayan Zelenski bildirib ki,iqtisadiyyatımız daha çox gəlir gətirsə, xaricdən o qədər də dəstəyə ehtiyacımız olmayacaq: "Güclü hava hücumundan müdafiə sistemləri Qara dəniz vasitəsilə yüklərin daşınmasında da özünü göstərəcək. Hücumların nəticələrini aradan qaldırmaq üçün əlavə xərcə ehtiyac qalmayacaq".
2022-ci ildə Rusiyanın nəzarətinə keçən Ukrayna torpaqlarının yarısından çoxunun geri alındığını xatırladan Zelenski, "Rusiya donanması 2023-cü ildə Qara dənizin əhəmiyyətli bir hissəsindən çəkilməli idi. Rusiya bundan sonra raket və İHA hücumlarını dayandıracaq. Beləliklə, biz qələbəyə daha yaxın olacağıq” deyib.
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB