"Ermənistanda beynəlxalq standartlara cavab verən ali məktəb yoxdur” - PAŞİNYAN
“Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun ali məktəb yoxdur”. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.
“Biz, məsələn, ali məktəblərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və akkreditasiyasını bəyan ediriksə, bu, o deməkdir ki, Ermənistanda istisnasız olaraq bütün ali məktəblər bağlanmalıdır”, - o bildirib.
Baş nazirin sözlərinə görə, buna görə gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrum olurlar.
N.Paşinyan əlavə edib ki, yalnız bir neçə ali məktəb əcnəbi tələbələri cəlb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB