Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinə son qoymaq üçün Kremlin rəhbəri Vladimir Putin Ukrayna dövlətinə hücumu dayandırmalı və qoşunlarını çıxarmalıdır. SİA-nın əldə etdiyi məlumata görə, bunu Almaniya kansleri Olaf Şolz deyib.
Bu arada Amerikanın həftəlik jurnal/qəzeti olan Barronsun sözlərinə görə, Almaniya kansleri Şolz Kiyevin “danışıqlardan imtina etməsindən” şikayət edən Putini müharibənin bitməsi üçün Ukraynaya hücumları dayandırmağa və qoşunlarını ölkədən çıxarmağa çağırdığını bildirib.
“Mən prezident Putini Ukraynaya hücumu dayandırmağa və qoşunları geri çəkməyə çağırdım ki, bu müharibə nəhayət başa çatsın”, - Şolz deyib.
Qeyd edək ki, İtaliyanın baş naziri Corc Meloni də Rusiya Federasiyasının rəhbərinin guya sülh arzusu ilə bağlı sözlərinə münasibət bildirib. Onun sözlərinə görə, Putin “əsgərlərini geri çağırsa, sülh arzusunu asanlıqla sübut edə bilər”.
Meloniyə görə, Rusiyanın Ukraynadan qoşunlarını çıxarması kifayətdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB