Rusiya vətəndaşlığının alınması ilə bağlı yeni müddəalar təsdiqlənib
Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” federal qanunun yeni müddəalarını təsdiqləyib. Qeyd edək ki, yeni müddəalar vətəndaşlıq məsələlərinə baxılması və vətəndaşlıq andının qəbulu proseduruna toxunub və sənəddə təntənəli andiçmə nümunəsi təsdiq edilib.
Onu da qeyd edək ki, sənəd rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
SİA-nın əldə etdiyi məlumata görə, 2023-cü ilin aprelində "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" yeni Federal Qanun qəbul edilib, bununla əlaqədar dövlət başçısı 173 səhifədə yeni müddəaları təsdiqləyən fərman imzalayıb və bundan sonra bütün əvvəlki prezident qaydaları qüvvəsini itirir. Amma vətəndaşın andının mətni olduğu kimi qalıb.
Yeni sənədə görə, Rusiya lideri yalnız müstəsna əsaslarla vətəndaşlığın verilməsinə görə məsuliyyət daşıyır, digər hallarda isə səlahiyyətlər Rusiya Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyinə verilir.
Bundan əvvəl vəkil Pyotr Qusyatnikov rusiyalılara xatırladıb ki, 20 və 45 yaşına çatdıqda pasportlarını dəyişmək lazımdır, əks halda pasportlar etibarsız sayılacaq. Bunun fəsadları ola bilər, məsələn, bankların vaxtı keçmiş pasportu olan vətəndaşlara əmanətlərdən pul qaytarmamaq üçün səbəbləri olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB