Körpüdəki partlayışda iştirak edə biləcək ikinci avtomobil axtarılır
Artıq xəbər verildiyi kimi, ABŞ və Kanada arasındakı Göy qurşağı körpüsündə avtomobil partlayıb. İçəridə olan iki nəfər ölüb. Partlayış nəticəsində bir sərhədçi də yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ-dan Kanadaya gedən partlayıcı ilə doldurulmuş avtomobil sərhəd-keçid məntəqəsinə çatmağa çalışırmış.
Federal Təhqiqatlar Bürosunun Buffalo ofisi körpüdə avtomobilin partladılması ilə bağlı araşdırmalara başlayıb. Federal Təhqiqatlar Bürosu yerli, əyalət və federal hüquq-mühafizə orqanları ilə əlaqələndirir.
Bu yaz ABŞ-da Ağ Evin yaxınlığında hasarlara çırpılan yük maşınının sürücüsü ölkə prezidenti Cozef Baydeni öldürmək və hakimiyyəti ələ keçirməyi planlaşdırdığını etiraf edib.
O, həmçinin Amerika liderinin bütün ailəsini öldürmək niyyətində imiş. Həbs edildikdən sonra 19 yaşlı gənc nasistlərə heyran olduğunu etiraf edib.
Yeri gəlmişkən, ABŞ hüquq-mühafizə orqanları ABŞ və Kanada arasında körpüdə baş verən son partlayışda iştirak edə biləcək ikinci avtomobili axtarır.
Bu barədə çərşənbə günü, noyabrın 22-də “Fox News” məlumat yayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB