Zelenski Ali Baş Komandanlıq Qərargahının tərkibini dəyişib

Zelenski Ali Baş Komandanlıq Qərargahının tərkibini dəyişib

...Ukrayna prezidenti Vladimir Zelenski Ali Baş Komandanlıq Qərargahının tərkibində dəyişiklik etmək qərarına gəlib. Xüsusi Rabitə üzrə Dövlət Xidmətinin keçmiş rəhbəri Yuri Şiqol bundan sonra görüşlərdə iştirak etməyəcək.

SİA bu barədə dövlət başçısının müvafiq fərmanına istinadən xəbər verir.

Sərəncama əsasən, Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov Ali Baş Komandan Qərargahının şəxsi heyətinə əlavə edilib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Dövlət Xüsusi Rabitə Xidməti rəhbərliyinin də iştirak etdiyi cinayət sxemini ifşa etmişdilər.

Belə ki, Dövlət Xüsusi Rabitə Xidmətinin keçmiş rəhbəri Yuri Şiqol və onun müavini Viktor Jora 62 milyon qrivnadan çox dövlət vəsaitini qanunsuz olaraq “çırpışdırmışdılar”.

Qeyd edək ki, sxemin təşkilatçısı Jora və Şiqolun əlbir olduqları iddia edilən şirkətlər qrupunun sahibi imiş.

Yeri gəlmişkən, günahkarların həbs edilməsi də istisna edilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə