Moskvanın anlaya biləcəyi yeganə dil gücdür və biz...

Ruslar son altı həftədə təxminən 36 minə yaxın əsgərini itirib..?
Moskvanın anlaya biləcəyi yeganə dil gücdür və biz...

...Ruslar Ukraynada gedən döyüşlərin son altı həftəsində təxminən 36 minə yaxın əsgərini itirib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu müdafiə naziri Rustem Umerov Ukraynanın müdafiəsi üzrə təmas qrupunun 17-ci iclasının açılışında deyib.

Onun dediyinə görə, Ukrayna Müdafiə və Təhlükəsizlik Qüvvələri Rusiya hərbi gəmilərini Qara dənizdən çıxarıb və hətta öz güclü donanmasına malik olmasa belə, gəmiçilik azadlığını tədricən bərpa edir: “...bunlar bizim asimmetrik hərəkətlərimizin nəticəsidir”.

Bu gün Rusiya dayanmağı qətiyyən planlaşdırmır. Moskvanın anlaya biləcəyi yeganə dil gücdür. Biz bu dili yaxşı öyrənmişik.

Bunu bəyan edən Ukraynanın müdafiə naziri əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatına əsasən, yalnız Ramşteyn formatı çərçivəsində keçirilən son görüşdən sonra - altı həftə əvvəl Rusiya 36 minə yaxın əsgərini itirib.

Onun sözlərinə görə, partnyorların təqdim etdiyi silahlar - xüsusən, HIMARS sistemləri, Stormshadow, SCALP və ATACMS raketləri, Abrams, Challenger, Leopard tankları cəbhədəki vəziyyəti dəyişib.

... Qabiliyyət koalisiyaların, xüsusən artilleriya, zirehli texnika, aviasiya, dəniz qüvvələri, İT və minalardan təmizləmə ilə bağlı olanların gələcək inkişafı Ukraynaya tərəfdaşları ilə birlikdə milyonlarla günahsız insanın həyatını qorumağa kömək edəcək.

Bunlar da Rustem Umerova məxsusdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə