Ukrayna hərbçiləri Kursk vilayətinin Rılski rayonunu atəşə tutub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Roman Starovoyt öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, çərşənbə günü, noyabrın 22-də Rusiya-Ukrayna sərhədindən bir yarım kilometr aralıda yerləşən Anatolyevka kəndi Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.
Qubernatorun dediyinə görə, tələfat olmasa da, iki təsərrüfatda pəncərələr, hasarlar, yardımçı tikililər zədələnib. Rayon rəhbəri zərər çəkmiş təsərrüfat sahiblərinə köməklik göstəriləcəyini vəd edib.
Starovoit xəbər verir ki, Kursk vilayətinin Rılski rayonunda sərhədçilər elektron döyüş texnikasından istifadə edərək kamikadze pilotsuz uçan aparatı endiriblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB