BRİKS ölkələrinin liderləri Fələstinlilərin deportasiyasına qarşı...
BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) başçıları Fələstin vətəndaşlarının məcburi köçkünlüyünü pisləyiblər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, u barədə TASS məlumat yayıb.\
“Biz fələstinlilərin həm fərdi, həm də kütləvi şəkildə öz torpaqlarından zorla köçürülməsini və ya deportasiyasını pisləyirik”, - deyə bəyanatda bildirilir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin uzunmüddətli Fələstin-İsrail atəşkəsinin indi təcili vəzifəyə çevrildiyini bildirib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS Əl-Əqsa daşqını əməliyyatına başladığını elan etdikdən sonra minlərlə HƏMAS yaraqlısının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB